Ölkə futbolu

SON DƏQİQƏ: “Böyük oyun” baş tutmaya bilər

Premyer Liqanın 20-ci turunda bu günə nəzərdə tutulan "Xəzər Lənkəran" – "Neftçi" oyunu baş tutmaya bilər.

Bu barədə idmanxeber.com saytına açıqlamasında "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib.

Klub rəsmisi bildirib ki, buna səbəb təhlükəsizliyin tam təmin olunmamasıdır.

"Bu gün səhər qaldığımız otelin qarşısında "Neftçi"nin avtobusu "Xəzər Lənkəran" azarkeşləri tərəfindən daş-qalaq edilib, şüşələri sındırılıb. Bizim təhlükəsizliyimiz tam təmin olunmayıb. İndidən vəziyyət belədirsə, matçın gedişində bundan da pis hallar baş verə bilər. Böyük ehtimalla birazdan Bakıya qayıdacağıq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43