Premyer Liqa

SON DƏQİQƏ: “Böyük oyun”un TV vasitəsi ilə canlı yayımlanıb-yayımlanmayacağı bəlli oldu

Azarkeşlərin səbrsizliklə gözlədiyi "Xəzər Lənkəran" – "Neftçi" oyunu heç bir televiziya vasitəsi ilə canlı yayımlanmayacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, hətta PFL bu məsələyə müdaxiləsi belə bir fayda verməyib. Cənub klubu oyunu canlı yayımlamaq istəyən kanaldan pul tələb etdiyindən, "Böyük oyun"u azarkeşlər televiziya vasitəsi ilə canlı izləyə bilməyəcəklər. Oyunun canlı yayımlanması üçün hələ də danışıqlar gedir. Ancaq bunun reallaşacağı demək olar ki, çətindi.

Qeyd edək ki, Lənkəranda keçiriləcək prinsipial qarşılaşma "Xəzər Lənkəran"ın rəsmi saytı vasitəsi ilə canlı nümayiş etdiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43