Kateqoriyasız

Bu da Mahirin yeni klubu

Polşanın “Legiya” klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirə bilər.  

İdmanxeber.az sportfm.az-a istinadən xəber verir ki, hücumçu Super Liqa təmsilçisi “Başakşehir”lə anlaşıb. Emre Belezoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.

Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn “Başakşehir” rəhbərliyi “Legiya” ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda “Başakşehir” Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43