Kateqoriyasız

SON DƏQİQƏ: Bu futbolçunun da “Qarabağ”dan getdiyi dəqiqləşdi

“Qarabağ” daha bir futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-a daxil olan məlumata gğörə, Ağdam klubu hücumçusu Kvabena Ovusunu “Ferentsvaroş”a satıb. Tərəflər arasında əldə olunmuş razılığa əsasən qanalı forvard müqavilə imzalamaq üçün bu gün Macarıstana yola düşəcək. Bu transferdən “köhlən atlar”ın nə qədər qazanc əldə etdiyi hələ ki, bilinmir.

Qeyd edək ki, Ovusu dünən Premyer Liqanın 19-cu turuun “Turan Tovuz”la matçında komandada sonuncu oyununa çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43