Ölkə futbolu

SON DƏQİQƏ: Cənubi Amerikadan Lənkərana futbolçu axını

Uğursuzluq zolağından çıxmaq istəyən "Xəzər Lənkəran" qışda  heyətini gücləndirməyi düşünür.

İdmanxeber.com-a etibarlı mənbədən daxil olan məlumata görə, komandanın seleksiyaçı məşqçisi Mario Souza hazırda vətəni Braziliyada "ağ yaşılılar" üçün futbolçu axtarışındadır.

Souza 7-8 futbolçu seçib və onların siyahısını "Xəzər Lənkəran" rəhbərliyinə təqdim edib. Adlarını dəqiqləşdirə bilmədiyimiz oyunçuların əksəriyyəti Cənubi Amerikadandır. Cənublular həmin futbolçularla qışda danışıqlar masasına oturacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43