Ölkə futbolu

SON DƏQİQƏ: Leroy Corcun “Dnepr”ə qarşı oynayıb-oynamayacağı dəqiqləşdi – RƏSMİ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bugün səfərdə "Dnepr"lə qarşılaşacaq "Qarabağ" əsas futbolçularından biri Leroy Corcun xidmətindən yararlana biləcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bakıdakı son məşqdə Şehiçlə toqquşan hollandiyalı futbolçunun zədəsi ciddi deyil. Leroy Corc "Dnepr"lə oyunda Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Yarımmüdafiəçi komandanın bugün səhərki məşqində də iştirak edib. 

Qeyd edək ki, "Dnepr" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43