“Xəzər Lənkəran”da gözlənilməz istefa baş verdi.
İdmanxeber.com-un məlumatına görə cənub klubunun turkiyəli çalışdırıcısı Mustafa Dənizli istefaya göndərilib.
Qeyd edək ki, bu gün klubun prezidenti Mais Mənsimov Mustafa Dənizli arasında görüş keçiriibi. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.
“Xəzər Lənkəran” Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır!