Ölkə futbolu

SON DƏQİQƏ: “Neftçi” “Kasımpaşa”nın istədiyi futbolçunu transfer etdi – ÖZƏL

“Neftçi” “İnter”in futbolçusu Coşqun Diniyevi heyətinə qatıb.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, paytaxt klubu “bankirlər”in gənc üzvünü heytinə qatmaq üçün bugündən çalışmalara start verib. Futbolçunun atası Şahin Diniyev az öncə “Abşeron” otelinə yollanıb. “Neftçi” rəhbərliyi Şahin Diniyevlə məhz burada transfer məsələsini müzakirə edib. 

Aldığımız son məlumata görə, böyük ehtimalla Coşqun Diniyevin keçidində hər hansı bir problem yaranmayacaq. Yeni mövsümdən etibarən Coşqun Diniyev “Neftçi”nin uğurları üçün tər tökəcək.

Qeyd edək ki, istedadlı futbolçu ilə Türkiyənin “Kasımpaşa” klubu da maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43