Premyer Liqa

SON DƏQİQƏ: Premyer Liqamızda yeni mövsüm biabırçılıqla başlayır – ÖZƏL

Azərbaycan Premyer Liqasında 2014-2015- mövsümü bu gün start götürür.

İdmanxeber.com-un məlumatına görə, Biləcəridə "Bakı" – "Simurq" oyunu ilə start götürməli olan yeni mövsümün ilk matçı baş tutmaya bilər.

Əldə etdiyimiz məlumata görə buna səbəb paytaxt təmsilçisinin sənədləşmə işlərində müəyyən problemlərin olmasıdı. Artıq klubun icraçı-direktoru Yaşar Seydiov problemi yoluna qoymaq üçün AFFA-nın inzibati binasına üz tutub. Seyidov hazırda PFL başqanı Ramin Musayevlə görüşdədi. 

Əldə etdiyimiz digər məlumata görə, matç böyük ehtimalla baş tutmayacaq. Əgər son anda hər hansı bir qərar dəyişikliyi olmayacağı təqdirdə sözügedən oyun keçirilməyəcək.

Qeyd edək ki, dünən əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatının ilk turunda “Bakı” – “Simurq” oyunu da eyni problem səbəbindən təxirə salınıb.  Əsas komandalar arasındakı matçın isə bu gün saat 18:00-da başlaması planlaşdırılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43