Dünya futbolu

SON DƏQİQƏ: “Qalatasaray”ın futbolçusu “Trabzonspor”a keçdi

"Qalatasaray"ın təcrübəli futbolçusu Yekta Kurtuluş "Trabzonspor"a icarəyə verilib.

İdmanxeber.com-un "NTV spor"a istinadən verdiyi xəbərə görə, o, mövsüm sonuna qədər Trabzon təmsilçisində top qovacaq.

Qeyd edək ki, Yekta "Qalatasaray"a 2010/2011-ci ilin qış fasiləsində "Kasımpaşa"dan gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43