Ölkə futbolu

SON DƏQİQƏ: Təcili olaraq Bakıya göndərildi

Zaqatalanın "Simurq" klubunun litvalı hücumçusu Mindauqas Kalonas "Xəzər Lənkəran"la oyunda meydana çıxa bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran səfəri öncəsi son məşq zamanı zədələnən Kalonas müayinə üçün birbaşa Bakıya göndərilib. Bu barədə saytımıza "Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. 

Onun hansı müddətə sıradan çıxdığı haqda hələ ki, məlumat yoxdu. Həkim müayinəsindən sonra Kalonasın durumuna aydınlıq gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43