Ölkə futbolu

Son dəqiqə: Sxadadzenin planları alt-üst oldu – ÖZƏL

"İnter" hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu gün "bankirlər" yoxlama görüşündə qüvvəsini sınamalı idilər. Türkliyənin aşağı liqa klublarından biri ilə Bakı vaxtı ilə saat 14:00-da qarşılaşmalı olan Bank klubunun bu oyunu hava şəraitinə görə baş tutmayıb.

Belə ki, "İnter"in məşq etdiyi meydança qatı dumanla örtülüb. Nəticədə oyun baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43