26 Avqust 2019
Milli komanda

“Son məqamda uşaqların ayaqları əsir” – Millimizin baş məşqçisi

“Hollandiyaya qarşı uşaqlar pis oynamadılar. Bərabər səviyyəli mübarizə idi. Yenə eyni şeylər təkrarlandı – biz epizodlarımızdan istifadə edə bilmədik, rəqib isə əksinə, hər şansını qola çevirdi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov deyib.

Avropa çempionatının əsas mərhələsində çıxış edən U-19 yığmamız Kiprdən (1:7) sonra Hollandiyaya da böyük hesabla (1:6) məğlub olub.

Qarşılaşmadan sonra açıqlama verən Əzimov qol şanslarını dəyərləndirə bilməmələrindən gileylənib: “Oyunda hesab 0:0 olan vaxt təkbətək çıxmışdıq. Qol vurmalı olduğumuz epizodda qapıçını məyus edə bilmədik, əvəzində rəqib əks-hücuma çıxdı və bizi bağışlamadı. Belə qollar buraxdıq. Azərbaycan çempionatındakı oyunlarımızdakı çatışmazlığı burda da yaşadıq. Razıyam, Avropa çempionatının oyununda Birinci Liqadakı qədər epizod yarada bilmədik, ancaq hesabı lehimizə çevirmək üçün şansımız az olmadı. Son məqamda sanki uşaqların ayaqları əsir, qorxurlar. Halbuki həmin anda ötürmə etmək lazımdı. Öz səhvlərimizdən uduzduq. Nə Kiprlə, nə də Hollandiya ilə qarşılaşmada hesab belə olmalı idi. Oyun gedir, mübarizə aparırıq, ancaq məqamda işimizin öhdəsindən gələ bilmirik. Qol vura bilmiriksə, qələbə qazanmağımız da mümkün deyil. Oyunun videoyazısına baxsanız dediklərimin şahidi olacaqsınız. Bu da təcrübəsizlikdən irəli gəlir”.

Oxşar xəbərlər

Milli komandamız Olimpiya stadionundan imtina etdi

admin

Məşqçilərimiz UEFA seminarında

admin

FİFA reytinq cədvəlini açıqladı: millimiz irəlilədi

admin