Dünya futbolu Milli komanda

“Son matçlarda yaxşı nəticələr göstərmişik” – Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqibin güclü heyətə sahib olduğunu söyləyib:

“Onlar son oyunları yüksək səviyyədə keçiriblər. Bu cür oyunlardan əvvəl zədəlilərin olmasına hazır olmaq lazımdır. Bizim də B planımız var. Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.

Ən əsası özünəinamdır. Son matçlarda yaxşı nəticələr göstərmişik. Bunu davam etdirmək istəyirik. Qalib də gələ bilərik və ya məğlub da ola bilərik. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43