Dünyadan

Son nöqtə qoyulur: “Real” “Milan”ın bu futbolçusunu transfer edir

Madrid “Real”ının maraq dairəsində olan “Milan”ın müdafiəçisi Mattia De Şilo baş tutma ehtimalı yüksək olan bu transferindən danışıb.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı futbolçu Madrid klubunun ona olan marağından və bu klubda çıxış etməyə hazır olduqundan danışıb:

Bu futboldu. Öncədən nəsə demək olmur. Əgər “Milan” məni satmağa qərar verəcəksə, onda mən təkliflərə baxacağam. “Real”ın marağı mənim xoşuma gəlir”.

“Kral” klubunun baş məşqçisi Karlo Ançelotti həm sağ, həm də sol cinahda oynamağı bacaran universal futbolçunu komandasında görmək üçün rəhbərliyə bir neçə dəfə müraciət edib.

Hətta xəbərdə bildirilir ki, “Milan” De Şilonu 18 milyon avro qarşılığında qarşı tərəfə satacaq, əvəzində Fabio Koentraonu icarəyə götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43