Kateqoriyasız

SON! “Qarabağ”ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri bəlli oldu (SİYAHI)

“Qarabağ”ın Çempionlar Liqasındakı son iki potensial rəqibi də müyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Çernaqoriya çempoionatının son turunda “Rudar” qazandığı qələbəylə çempionluğunu rəsmiləşdirib. Bosniya və Hersoqovina çempionatında qalib adını isə “Sarayeva” qazanıb. 

Adıçəkilən hər iki klub “Qarabağ”ın potensial rəqibləri sırasındadı. Hər iki klub səpələnməmişlər qrupunda yer alacaqlar.

UEFA Çempionlar Liqası

Səpələnmişlər: “Styaua” (Rumıniya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Ludoqorest” (Bolqarıstan), “Dinamo” (Xorvatiya), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Malmö” (İsveç), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya), “Molde” (Norveç), “Midtyulland” (Danimarka), “Videoton” (Macarıstan), “Şkenderbeu” (Albaniya), Polşa çempionu (“Lex” və ya “Legiya”).

Səpələnməmişlər: “Ventspils” (Latviya), “Dila” (Gürcüstan), “Trençin” (Sloveniya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Milsami” (Moldova), “Vardar” (Makedoniya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), birinci təsnifat mərhələsinin 4 qalibi.

İkinci təsnifat mərhələsində ilk oyunlar iyulun 14-15-i, cavab matçları isə bir həftə sonra keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43