Adı “Real”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti” kimi Avropanın nəhəng klubları ilə hallanan “Hamburq” klubunun türk futbolçusu Hakan Çalhanoğlu bu söz-söhbətlərə son qoyub.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə millisinin üzvü bu açıqlaması ilə onu transfer siyahılarına salan klubları məyus edib:
“Hamburq”la 2018-ci ilə qədər davam edən müqavilə imzaladım. Bu, ikinci liqada oynamaq üçün də keçərlidi. Mən “Hamburq”da xoşbəxtəm və belə bir anlaşmanın olmasından məmnunam”.