08 Sentyabr 2024
Kateqoriyasız

SON: Sxadadze bəyəndi, müqavilə imzalayır – ÖZƏL

Bakının “İnter” klubu daha bir futbolçu ilə müqavilə imzalayacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “bankirlər” bir müddətdir ki, baxışda olan Yohan Bokaqnano ilə münasibətləri rəsmiləşdirəcək. Sxadadze müdafiəçi problemini məhz fransız futbolçu ilə aradan qaldırmağa çalışacaq. 

23 yaşlı sağ mərkəz müdafiəçisi 1.85 boya malikdi. Yohan peşəkar futbolçu karyerasında 2008-2009-cu illərdə ölkəsinin “Ayaçço” klubunda başlayıb. Bir mövsüm ərzində Yohan cəmi 1 dəfə meydana çıxmaq şansı qazanıb.

Daha sonra isə “Nim” (29 oyun) və “Ayaçço” (əvəzedicilər, 52 oyun, 6 qol)  kimi klubların şərəfini qoruyub. Onun son klubu isə “İstr” olub. Maraqlıdır ki, futbolçu yeni komandasında heç debüt belə edə bilməyib.

Ümumiyyətlə Yohan Bokoqnano yalnız Fransa çempionatında top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43