Premyer Liqa

Son turun iki oyunu canlı yayımda

Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümü başa çatır.

İdmanxeber.com-un məlumatına görə, sonuncu – 36-cı tur mayın 28-də start götürəcək. Turun bütün oyunları eyni gündə keçiriləcək.

Sonuncu turun iki matçı televiziya vasitəsi ilə canlı yayımlanacaq. Belə ki, “Neftçi” – AZAL və “Qəbələ” – “Bakı” qarşılaşmaları müvafiq olaraq AZTV və İdman Azərbaycan kanalları vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43