Ölkə futbolu

SON XƏBƏR: Bu futbolçu yayda “Neftçi”yə qoşulacaq – ÖZƏL

Melvin Platyenin İsveç klubuna icarəyə verilməsinin ardından, Rəşad Sadiqov və İqor Mitreskinin də komandadan gedəcəyi bəlli olduqdan sonra “Neftçi”nin yayda heyətinə qatacağı bir futbolçu müəyyənləşib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun “Araz-Naxçıvan”da icarədə olan gənc qapıçısı Emil Balayevi geri qaytaracağı məlum olub. 

“Ağ-qaralar” 19 yaşlı Balayevi geri qaytarmasında başlıca səbəb AFFA-nın martda yeni mövsümlə bağlı verdiyi qərara əsaslanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43