Ölkə futbolu

“Sonuncu yeri tutan Premyer Liqanı tərk etməlidir” – Ayxan Abbasov

“Evdə son oyunumuz idi. Gərgin mövsüm keçdi. İstəyirdik qələbə bəxş edək azarkeşlərimizə. Hər halda məğlubiyyətsiz seriyamız cari mövsümdə ilk dəfə 4 oyuna çatdı. Bilirdik ki, rəqib əvəzləməylə oyunu gücləndirə bilir. Yorğunluq var idi. Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi dayanmışdı. Sevindiricidir ki, mövsüm ərzində 6-cı yerdən aşağı düşmədik. Son oyunumuz qalıb. Bundan sonra dincəlib yeni yola hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Kubokda məğlub olduqdan sonra uşaqlara dedim ki, çempionatda qalan 5 oyun 5 final deməkdi. Şükür ki, ilk 4 görüşdə uduzmadıq. Böyük komandada olmaq üçün stabil oynamalısan. Komandada rəqabət olmalıdı ki, kimsə formadan düşəndə onu əvəz edə biləcək oyunçu olsun.

– Premyer Liqanın sonuncu komandası qalmalıdı, yoxsa getməlidi?

– Görün, necə intriqalı çempionatda izləyirik. Hesab edirəm ki, son pillədəki komanda Premyer Liqanı tərk etməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43