Kateqoriyasız

Sosial şəbəkələrdə Qurban Qurbanova qarşı təxribat – FOTO

Dünən axşam “Facebook” sosial şəbəkəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun adına açılmış saxta səhifələrdən biri fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olan şəxslərə qarşı böhtan kampaniyasına başlayıb.
Həmin paylaşımda namizədlər barədə müxtəlif ittihamlar səslənib, onların şəxsiyyəti müzakirəyə çıxarılıb. Buna etiraz edənlərin, Qurban Qurbanovun adından istifadə olunduğuna görə səhifəni qınayanların şərhləri isə silinib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43