Milli komanda

Şotlandiya – Azərbaycan: hakimlər müəyyənləşdi

17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsinin A qrupunun Şotlandiya – Azərbaycan matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına  görə, oyunun baş hakimi  Svein-Erik Edvartsen (Norveç) olacaq.  Ona Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan) köməklik edəcək. Dördüncü hakim funksiyasını Sergeyus Sluva (Litva) yerinə yetirəcək.

Qeyd edək ki, Şotlandiya – Azərbaycan görüşü sabah keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43