08 Dekabr 2019
Kateqoriyasız

“Söz tapa bilmirəm” – Tahir Gözəl

“Oyundan çox da razı qalmadım. Bəli, nəhəng rəqiblə qarşılaşırdıq. Komandamız dəqiq oynamağa çalışdı. İlk yarı daha çox meydanın mərkəzində keçdi. Amma fasilədən sonrakı 20 dəqiqədə çox zəif çıxış etdik. Sanki özümüzə inamı itirmişdik”. Bu sözləri “Qadabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının “Sevilya” səfərində 0:2 hesablı məğlubiyyətindən sonra bildirib.

 

İdmanxeber.az-ın Sevilyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klub funksioneri fikirlərini bu cür əsaslandırıb:

 

“Rəqibi qapımıza bu qədər yaxın buraxmaq olmazdı. Aydın məsələ idi ki, belə oyunla qapımızda mütləq qol görəcəyik. Üzüldüm, daha döyüşkən “Qarabağ” görəcəyimi düşünürdüm. Bu gün xəyılmdakı komandamı görmədim.

 

Biz bu qrupdan çıxmalı idik. Əslində, qrupda pis də oynamadıq. APOEL-lə oyunlarınızı xatırlayanda insan üzülür. Qrupdan çıxmağa da layiq idik. Söz tapa bilmirəm. Bəlkə də bəxtimiz gətirmədi”.

 

Gözəl fasilədən sonrakı oyuna təəccübləndiyini gizlətməyib:

 

“Fikirləşirdim ki, ilk 45 dəqiqədəki oyun komandamıza ruh yüksəkliyi gətirəcək və 2-ci hissəyə daha da inamlı çıxacağıq.

 

Hakimliklə bağlı iradım yoxdu. İlk qolu buraxdıqdan sonra komandamda  təqribən 5 dəqiqəlik canlanma müşahidə edildi. Özlüyümdə sual yarandı: bunu edə biliriksə, niyə 15 yox, cəmi 5 dəqiqə edirik? Onsuz da hesabda geridə idik, nə fərqi var idi ki, 0:1, yoxsa 0:4? Ancaq onu da etiraf edim ki, mən Qurban müəllim deyiləm, peşəkar da deyiləm, mən sadəcə, çılğın fanatam.

 

Bir Allah bilir, bir də belə qrup nə vaxt olacaq. Çöx üzgünəm. Qarşıdakı strategiyamızı düşünməliyik. Yerli kadrlar yetişmir, güclü olmaq üçün əcnəbilərə guvənməli oluruq. Qurban müəllimdən də eyni anda həm gəncləri yetişdirməyə, həm də nəticə verməyi tələb etmək doğru olmaz.

Bununla yanaşı, gənc mudaficilərimizi də qeyd etməliyəm. Rahil Məmmədova görə çox sevinirəm”.

Oxşar xəbərlər

“Sent-Mirren” “Qarabağ”dan təklif aldığını təsdiqlədi: “O, pulla idarə olunmur”

admin

Qoran Sabliç: “Bacara bilmədik”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin