Ölkə futbolu

“Sözlərim yanlış anlaşılmasın” – Vüsal İsgəndərli

“Biz futbolçuyuq, bizim işimiz meydanda futbol oynamaqdır”.

Bu sözləri “Keşlə” və milli komandamızın üzvü Vüsal İsgəndərli İdmanxeber.az-a verdiyi açıqlamada deyib. V. İsgəndərli daha sonra belə davam edib:

“Hansı baş məşqçi məni milliyə dəvət etsə, gedib yığma, Azərbaycan üçün əlimdən gələni etməyə hazıram. “Zirə”yə qarşı keçirdiyimiz oyundan sonra jurnalist mənə millinin baş məşqçisinin dəyişib-dəyişməyəcəyi barədə sual verdi. Mən də ona “buna Elxan müəllim daha dəqiq cavab verə bilər” dedim. Təbii ki, bu qərarı təkcə Elxan müəllim yox,  AFFA İcraiyyə Komitəsi verir. Mən də Elxan müəllimin adını çəkərkən nəzərimdə bunu tutmuşdum. Sözlərim yanlış anlaşılmasın”.

Qeyd edək ki, Vüsal İsgəndərli Azərbaycan yığmasının Slovakiyaya qarşı keçirdiyi görüşdə milli ilə debüt oyununa çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43