Dünya futbolu

Spaletti Çinə getdi

“Roma”nın sabiq baş məşqçisi Luçano Spalletti Çinə gedib.

İdmanxeber.com-un məlumatına görə, Spalletti Çinə müqavilə imzalamaq üçün gedib. O, bu ölkədə “İnter”lə anlaşacaq. “İnter”in səhmlərinin 80 faizi Çinin “Suning Commerce Group” kompaniyasına məxsusdu.

58 yaşlı mütəxəssisin “İnter”lə iki illik müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43