Dünya futbolu

Spaletti “İnter”lə danışıqlara başladı

“Roma”nın baş məşqçisi Luçano Spaletti mövsümün sonunda “İnter”ə keçə bilər.

İdmanxeber.com-un məlumatına görə, Milan klubunun rəhbərliyi artıq 58 yaşlı mütəxəssislə danışıqlar aparıb. Luçanonun Roma təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

Danışıqlar zamanı Spaletti paytaxt klubu ilə bu mövsüm skudettonu qazanmasa gedəcəyinin labüd olacağını qeyd edib.

“İnter” ona Antonio Kontenin təklifi rədd etməsindən sonra müraciət edib.

Xatırladaq ki, hazırda “Roma” “Yuventus”dan turnir cədvəlində 6 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43