16 Sentyabr 2024
Dünya futbolu

“Spartak”ın baş məşqçisi “Sevilya”nı çalışdıra bilər

“Spartak”ın baş məşqçisi Gilyermo Abaskal “Sevilya”ya rəhbərlik edə bilər

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis klubun qısa siyahısındadır. Rəhbərliyin yaxın günlərdə Abaskalla təmasa keçəcəyi bildirilir. 

Dekabrın 16-da “Sevilya” oktyabrdan komandaya rəhbərlik edən Dieqo Alonsonun istefaya göndərildiyini açıqlamışdı. Liqanın 17 turundan sonra komanda 13 xal toplayaraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Abaskal 2022-ci ilin yayından “Spartak”a başçılıq edir. O, komanda ilə birlikdə 67 oyun keçirib, 34-də qalib gəlib, 20 məğlubiyyət və 13 heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43