Ölkə futbolu

“Spartak”ın sabiq hücumçusu: “Azərbaycan çempionatı bərbad gündədi”

"Yuri Syominin potensialı tükənməyib. O, Azərbaycana pul dalınca gedib".

Bu sözləri Moskva “Spartak”ının sabiq hücumçusu Valeri Reynqold deyib.
Veteran futbolçu"Qəbələ"nin baş məşqçisinin ölkəmizdə işləməkdən məmnun olduğunu bildirib:

"Syomin Rusiyada iddialı komandalardan təklif gözləyirdi, amma səs-sorağ çıxmadı. Azərbaycanda ona yaxşı imkan yaratdılar və yaxşı pul verdilər. Ancaq bu ölkənin çempionatı bərbad gündədi".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43