Kateqoriyasız

“Sperantsa” – “Neftçi” matçı canlı yayımlanacağmı? – Son Məlumat

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldovanın “Sperantsa” klubu ilə keçirəcək matçı böyük ehtimalla canlı yayımlanmayacaq.

Buna səbəb Moldova təmsilçisinin 15 min avro tələb etməsidi. Sözügedən məbləği “CBC Sport”un ödəməyəcəyi dəqiqdi. Qalır “bu məsələdə “Neftçi”nin hər hansı addım atması ki, bu da real görünmür.

İdmanxeber.az-a daxil olan məlumata görə, Moldovada keçiriləcək qarşılaşmanın canlı yayımlanmaması gözlənilir. Əgər son anda tərəflər fikrindən daşınmasa, o zaman, matç canlı yayımlanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43