Kateqoriyasız

“Sperantsa” – “Neftçi” oyunu da canlı yayımda!

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kişinyovda keçiriləcək matçı “CBC Sport” kanalı canlı yayımlayacaq.

Kanalın yaydığı məlumatda bildirilir ki, həmin gün saat 20:00-da start götürəcək “Səbail” – “Universitatya Krayova” görüşünü tamaşaçılar “CBC İnternational” kanalından izləyə biləcək.

Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43