Ölkə futbolu

Şpiçiç hamını qabaqladı

“İnStat Football” şirkəti “İnter” futbol klubunun futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Şirkətinin məlumatına görə, Premyer Liqanın 22-ci turunun “Neftçi” – “İnter ”(2-2) oyununda “bankirlər”in futbolçuları 114,3 kilometr məsafə qət ediblər.

Bu matçda “İnter”in heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:

№ Adı Məsafə

1 Matiya Şpiçiç 13011 m.

2 Ruslan Əmircanov 11653 m.

3 Derlis Meza Kolli 11599 m.

4 Coşqun Diniyev 11580 m.

5 Vaqif Cavadov 11132 m.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43