Ölkə futbolu

Sponsor tapan bölgə klubu hədəfini bəlirlədi

Bir müddət öncə Azərbaycan I Liqasında mübarizə aparan “Zaqatala” klubunun “Music Gallery” şirkəti ilə sponsorluq müqaviləsi imzaladığı elan edilmişdi. Bu əməkdaşlıqdan sonra çoxları bölgə təmsilçisinin daha iddialı heyət formalaşdırıb, tez bir vaxtda Premyer Liqaya vəsiqə qazanacağını düşünsə də, əslində reallıq başqadır.

Belə ki, yeni sponsor “Zaqatala”da 10 illik strategiya bəlirləyib. Bunun ilk beş ilində diqqətlər uşaq futbolu və akademiyaya yönələcək.

Şirkət rəhbərliyinin əsas istəyi bölgədə uşaq futbolunu inkişaf etdirmək, yeni oyunçular yetişdirmək və eyni zamanda klubun infrastrukturunu yaxşı vəziyyətə gətirməkdir. 

Bu səbəbdən əsas maliyyə tez vaxtda Premyer Liqa qayıtmaq üçün yox, altyapıya ayırılacaq. Bu işlər tamamlanandan sonra isə bölgə təmsilçisi elita üçün iddialı heyət formalaşdırmağa başlayacaq.

İdmanxeber.az/ Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43