Dünya futbolu

“Sportinq”in baş məşqçisi: “Qarabağ”ı tanıyır və bizi nə gözlədiyini bilirik”

Joze Pezeiru “Qarabağ”ı tərifləyib.

“Sportinq”in baş məşqçisi Joze Pezeiru sabahkı oyun barəsində ölkə mətbuatına açıqlama verib. O, bütün diqqətlərini bu oyuna verdiklərini söyləyib:

“Qarabağ” son 5 ilin çempionudur. Onları yaxşı tanıyırıq və bizi nə gözlədiyindən xəbərdarıq. Topla oynamağı sevən bir komandadır. Bu oyun üçün xüsusi hazırlaşmışıq. Ümid edirəm ki, sabah azarkeşlərimizin dəstəyi ilə də matçı qazanan tərəf biz olacayıq”.

“Bas Dost zədə səbəbindən bu oyunu buraxmalı olacaq. Ancaq onu əvəz edə biləcəyimiz oyunçumuz var. Onun ən qısa vaxtda aramıza qayıtmasını istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43