Dünya futbolu

“Sportinq”in baş məşqçisi: “Qrupda birinci olmaq istəyirik”

Oktyabrın 25-i “Sportinq” Lissabonda “Arsenal”ı qəbul edəcək.

UEFA Avroliqasının qrup mərhələsinin III turunda doğma meydanda “Arsenal”ı qəbul edəcək “Sportinq” komandasının baş məşqçisi Joze Pezeiru oyun barəsində açıqlama edib. O, ev oyunlarında qələbə qazanmaq istədiklərini bildirib:

“Azarkeşlərimizin önündə yaxşı oyun oynayıb, qələbə qazanamq istəyirik. Təbii ki, “Arsenal”ın gücündən xəbərimiz var. Ancaq biz də bu oyuna yaxşı hazırlaşmışıq. Qrupda birinci olmaq istəyirik. Onu da deyim ki, bu oyunda məğlub olsaq yenə də mübarizəmizi davam etdirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43