Dünya futbolu Kateqoriyasız

“Sportinq”in futbolçusu: “Rəqiblərə adlarıyla qiymət vermək olmaz”

Koates “Qarabağ”la oyun barəsində təmkinli danışıb.

“Sportinq”in futbolçusu Sebastian Koates ölkə mətbuatına “Qarabağ”la oyun barəsində danışıb. O, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını bildirib:

“Qarabağ”la oynayacağımız oyunun bizim üçün asan keçəcəyini demək doğru olmaz. Futbol hər cür nəticəyə açıq bir oyundur. Əəgr siz rəqiblərinizə hörmət etməsəniz, onlar sizi cəzalandırar. Buna görə də bütün rəqiblərimizə hörmətlə yanaşırıq”.

“Evdəki matçların hamısı qazanmaq istəyirik. Öz meydanımızda daha güclü oynayırıq. Ancaq dediyim kimi komandalara adlarına görə qiymət vermək olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43