Kateqoriyasız

“Sportinq”in qapıçısı: “Qarabağ”ı məğlub etməliyik”

“Çempionatda yaranan bu fasilə bizim xeyrimizə oldu. Bu müddət ərzində yeni məşqçimizin metodlarını yaxşı başa düşdük. İnanıram ki, çox çətinlik çəkməyəcəyik”.

Bu sözləri “Sportinq”in braziliyalı qapıçısı Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bildirərkən deyib. O, qarşıda iki əhəmiyyətli matçlarının olduğunu söyləyib:,
“Portuqaliya Kubokunda “Lusitano” və “Qarabağ”a qarşı Avropa Liqasındakı oyunumuz çox çətin olacaq. Biz bu görüşlərdə qələbə qazanmalıyıq. Başqa bir nəticə bizi qane etmir”.

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43