Dünya futbolu

Stadion yandı, oyun yarımçıq dayandırıldı – VİDEO

Avro Liqanın pley-off mərhələsində keçirilən “AZ Alkmar”- “Atromitos” matçında qeyri-adi hadisə yaşanıb.

Belə ki, oyunun keçirildiyi “Az Alkmar”ın “Afas”stadionunda qəfildən yanğın baş verib və oyun yarımçıq dayandırılıb.

Qeyd edək ki, yanğın görüşün 59-cu dəqiqəsində baş verib. Yanğına səbəb stadionun elektrik xətlərində baş verən qısa qapanma olub. Ev sahibi komanda yanğın baş verənə qədər 1-0 hesabı ilə öndə olub. Yarımçıq qalan oyunun 30 dəqiqəsi bu gün keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43