Milli komanda

Stadion yararsız hala düşdü – millimiz başqa arenada qonaq olacaq

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində oynanılacaq Slovakiya – Azərbaycan matçının keçiriləcəyi stadion dəyişdirilib.

İdmanxeber.az-ın məlumagına görə, öncə slovaklar millimizi Bratislavadakı Milli Futbol Stadionunda qəbul edəcəyini açıqlamışdı. Lakin bu gün Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayaraq oyunun Trnavadakı Anton Malatinski adına stadionda oynanılacağını bildirib.

Buna səbəb Paraqvayla yoldaşlıq görüşündən sonra Bratislavadsakı stadionun örtüyünün yararsız hala düşməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43