Ölkə futbolu

Stadionda siqaret çəkən AFFA nümayəndəsi cəzalandı

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” görüşündə (0:1) AFFA nümayəndəsi Yavər Rəhimovun davranışları böyük müzakirələrə səbəb olmuşdu.

Belə ki, federasiya rəsmisi əvvəlcə yerli azarkeşlərlə mübahisə edib qalmaqala səbəb olmuş, daha sonra isə qadağan edilmiş bölgədə siqarət çəkmişdi.

AFFA Y.Rəhimovun bu davranışlarına biganə qalmayıb. Əldə etdiyimiz məlumata görə, təcrübəli futbol adamına şifahi xəbərdarlıq edilib və ona daha çox aşağı liqalarda təyinat verilməsi qərara alınıb.

Böyük ehtimalla Rəhimovu mövsüm sonuna qədər Premyer Liqa görüşlərində iş başında görməyəcəyik

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43