Kateqoriyasız

Stamenkoviç daha bir il “Sabah”da

“Sabah” qapıçısı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti bir illik uzadılıb.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa “Sabah”da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43