Dünya futbolu

Stanislav Draqun: “Ölkə mətbuatı “Qarabağ”ın zəif rəqib olduğunu yazır”

“Qarabağ” sabah cavab oyununda BATE ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda “Qarabağ”ın qapısına qol vuran Stanislav Draqun sabahkı oyun barəsində ölkə mətbuatına açıqlama verib. O, “Qarabağ”ın çox təhlükəli rəqib olduğunu bildirib:

“Ölkə mətbuatı “Qarabağ”ın zəif rəqib olduğunu yazır. Ancaq mən bununla razı deyiləm. Onların yaxşı baş məşqçisi və oyunçuları var. Bizim üçün təhlükəli rəqibdirlər. İlk oyunda birinci hissəni yaxşı oynamışdıq. İkinci hissə  isə biraz daha fərqli oldu. Azarkeşlərin qarşısında tab gətirmək asan deyildi.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43