Premyer Liqa

STATİSTİKA: “Xəzər Lənkəran” üstündür

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq. Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.

67. “Bakı” (Bakı) – “Xəzər Lənkəran” (Lənkəran)

+7=11-7, top fərqi 22-26

İndiyədək 25 dəfə qarşılaşan rəqiblər eyni sayda qələbə qazanıb. Lakin top fərqində “Xəzər Lənkəran”ın üstünlüyü var. Öz meydanında sonuncu dəfə 4 il əvvəl uduzan “Bakı” ardıcıl 6 matçdır qonaqlara məğlub olmur. “Xəzər Lənkəran” son 2 səfərdən xalsız qayıdıb.

22.08.2004 Bakı – Xəzər Lənkəran 2:0

23.02.2005 Xəzər Lənkəran – Bakı 2:0

22.08.2005 Xəzər Lənkəran – Bakı 0:1

17.02.2006 Bakı – Xəzər Lənkəran 1:1

26.08.2006 Xəzər Lənkəran – Bakı 1:0

17.03.2007 Bakı – Xəzər Lənkəran 0:0

04.11.2007 Bakı – Xəzər Lənkəran 2:2

04.05.2008 Xəzər Lənkəran – Bakı 0:0

26.10.2008 Bakı – Xəzər Lənkəran 0:0

18.04.2009 Xəzər Lənkəran – Bakı 3:0

25.11.2009 Xəzər Lənkəran – Bakı 1:1

29.11.2009 Bakı – Xəzər Lənkəran 0:3

11.04.2010 Bakı – Xəzər Lənkəran 1:0

15.05.2010 Xəzər Lənkəran – Bakı 0:1

02.10.2010 Xəzər Lənkəran – Bakı 1:1

27.11.2010 Bakı – Xəzər Lənkəran 1:1

02.04.2011 Bakı – Xəzər Lənkəran 0:0

13.05.2011 Xəzər Lənkəran – Bakı 2:0

21.10.2011 Bakı – Xəzər Lənkəran 2:2

21.12.2011 Xəzər Lənkəran – Bakı 3:0

19.03.2012 Xəzər Lənkəran – Bakı 0:1

14.04.2012 Bakı – Xəzər Lənkəran 4:1

18.11.2012 Bakı – Xəzər Lənkəran 2:0

06.12.2012 Xəzər Lənkəran – Bakı 1:1

14.09.2013 Xəzər Lənkəran – Bakı 2:1

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43