Dünyadan

Stiven Cerrard rəsmən “Liverpul”da

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard yenidən sabiq komandasına qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu klubun akademiyasında məşqçilik edəcək. Məlumata görə, karyerasını 2016-cı ildə bitirmiş 36 yaşlı veteran futbolçu akademiyanın bütün yaş qruplarına nəzarət edəcək.

Qeyd edək ki, 1998-2015-ci illərdə formasını geyinmiş Cerard klubla 9 müxtəlif yarışda mükafat qazanıb, turnirlərdə 690 oyun keçirib. Onun aktivində 180 qol və 100 məhsuldar ötürmə var. İngiltərə millisinin sabiq yarımmüdafiəçisi komandası ilə iki dəfə ölkə kuboku, superkuboku, üç dəfə liqa kuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43