Dünya futbolu

Stiven Devis: “Bakıya 3 xal üçün gəlmişik”

DÇ – 2018-in seçmə mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya millisinin futbolçusu Stivenm Devis oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

– Türkiyədə təlim-məşq toplanışında oldunuz. Hazırlıq necə keçdi?

– Hava şəraiti Azərbaycana çox uyğun idi. Ona görə də orda hazırlaşdıq. Yaxşı keçdi və ümid edirəm ki, bunun təsiri yaxşı olacaq.

– Komandanın bir neçə oyunçusu matçı buraxacaq. Bu, oyununuza necə təsir edəcək?

– 6 oyunçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Ancaq onların əvəzinə yeni perspektivli oyunçularımız var. Bakıya 3 xal üçün gəlmişik.

– Azərbaycana sonuncu səfərdə məğlub olmuşdunuz…

– Sonuncu dəfə Azərbaycanda olanda qrupda vəziyyət fərqli idi. Ancaq bu dəfə tamam ayrıdır. Hər iki komanda 2-ci yer uğrunda mübarizə aparır. Bu baxımdan daha çətin olacaq. Ancaq inanırıq ki, yaxşı nəticə qazanacağıq. Yalnız 3 xal qazanmağı planlaşdırırıq.

– Şimali irlandiya yığması Bakıda heç vaxt qələbə qazanmayıb. Statistikaya görə, bu dəfə də alınmayacaq. Mümkün heç-heçə onlar üçün yaxşı nəticə sayılacaqmı?

– Hər səfər oyunu çətin olur. Ancaq Azərbaycanı ilk oyunda məğlub etmişik. O baxımdan düşünürəm ki, burda qalib gələ biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43