Kateqoriyasız

“Stok Siti”nin futbolçusu Bakıya gəlməyəcək

Avro-2020-nin seçmə mərhələsinin Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, britaniyalıların heyətində Co Allen cəzalı olduğundan Bakıdakı görüşü buraxacaq. “Stok Siti”də forma geyinən 29 yaşlı futbolçu dünən Xorvatiya ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43