Dünya futbolu

“Ştutqart” gənc oyunçusunun müqaviləsini uzadıb

”Ştutqart” Enzo Miyonun müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu 21 yaşlı yarımmüdafiəçiylə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.

Miyo 2021-ci ildən “Ştutqart”da çıxış edir. O, bu mövsüm 17 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43