Ölkə futbolu

Sual üstünə sual gəldi: cənublu fanatların sevimlisi “Xəzər Lənkəran”ın müqaviləsini niyə cavablandırmır? – AÇIQLAMA

Göstərdiyi uğursuz çıxışları ilə azarkeşlərini üzən "Xəzər Lənkəran"da son günlərin əsas məsələsi Orxan Sadıqlının bu klubda karyerasını davam etdirib-etdirməməsi ilə bağlı verəcəyi qərardı.

Cənub klubunun gənc qolkiperi idmanxeber.com saytına verdiyi açıqlamada ona gələn təkliflər haqda danışıb. 

Sadıqlı "Xəzər Lənkəran"ın ona təklif etdiyi yeni müqaviləyə "hə" və ya "yox" deməyə də tələsmədiyini bildirib:

"Yeni müqavilə təklif olunub. Birinci öz rəhbərliyimizlə danışacam. Təkliflər var, amma ad açıqlamaq istəmirəm. Futbolda hər şey ola bilər, amma mən tez-tez klub dəyişmək istəmirəm. Qalıcı futbolçu olmaq istəyirəm. Hər şey ola bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43