Dünya futbolu

Suarez: “Messi olmadan da güclüyüq”

İspinaya La Lıqasının 10-cu turunda “Barselona” öz meydanında “Real”ı 5:1 hesabı ilə məğlub edib. Qarşılşamanın ardından uruqvaylı forvard Luis Suarez oyun barəsində açıqlama edib:

“Komanda şəklində mübarizə apardığımızda necə bir nəticə ortaya çıxdığını görürük. Bu matçda belə bir hesabla qalib gəlmək çox sevindiricidir. “Real” ikinci hissə hesabda geri olduğuna görə üstümüzə gəlməyə məcbur idi. Biz də bundan lazımınca istifadə etdik.

Bu gün Messi meydanda yox idi. Təbii ki, əgər o da olsaydı əla olardı. Ancaq biz Messisiz də güclü olduğumuzu göstərdik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43