Dünyadan

Suarez son nöqtəni qoydu: “Real”a gəlir, yoxsa “Liverpul”da qalır?

Madrid “Real”ının transfer etmək istədiyi Luis Suarez “Liverpul”da qalacaq.

İdmanxeber.com-un məlumatına görə, uruqvaylı forvard İngiltərə mətbuatına açıqlamasında “Liverpul”dan ayrılmaq istəmədiyini bildirib. Suarezin yayda İngiltərəni tərk etmə ehtimalı demək olar ki, azalıb. Belə ki, Suaresin müqaviləsində yazılıb ki, “Liverpul” gələn mövsüm Çempionlar Liqasında iştirak edə bilməsə, o, komandanı tərk edə bilər.

Lakin indiki vəziyyətdə “Liverpul”un liderlər cədvəlində yer alması onun Çl-də iştirak edəcəyinə dəlalət edir.

Suarez məhz buna da toxunub:

“Yay transferi dönəmində sözsüz ki, klublardan təklif göndəriləcək. Ancaq “Liverpul” azarkeşləri rahat olsun. Çempionlar Liqasında hazırkı klubumla oynamaq istəyirəm. Heç yerə getməyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43